Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99968
az

İsrail xəstəxananın yaxınlığında bombalandı: 18 ölü var

20:2127 Dekabr, 2023
149
DÜNYA
  • A

Qəzza zolağının cənubundakı Xan Yunisdə Fələstin Qızıl Aypara Cəmiyyətinin Amal xəstəxanası qarşısında İsrail döyüş təyyarələrinin təşkil etdiyi hücumda 18 nəfər həlak olub.

 

Oxu24.com  xəbər  verir  ki, Fələstin Qızıl Aypara Cəmiyyəti Amal Xəstəxanasının təxminən 10 metr məsafədən bombalandığını açıqlayıb.

 

Fələstinin rəsmi WAFA agentliyi də ilkin məlumatlara görə, hücum nəticəsində 18 nəfərin öldüyünü bildirib.

 

Digər tərəfdən Nassar və Əl-Hazuki ailələrinin evlərinin hədəfə alınması nəticəsində çox sayda insan həyatını itirib, onlarla insan yaralanıb.


İsrail döyüş təyyarələri bu gün səhər Qəzza zolağının mərkəzi hissəsinə şiddətli hücumlar həyata keçirib, xüsusən də Bureyc və Meqazi qaçqın düşərgələrini hədəf alıb.

 

Bombalar fələstinlilərin sığındığı mərkəzlərə çataraq çoxlu sayda insanın ölümünə səbəb olub.

 

Əl-Əzhər universitetinin yaxınlığında da bombardman edilib

 

Hücumdan sonra ölən və yaralananlar Əqsa Şəhidləri və Əl-Avde xəstəxanalarına yerləşdirilib.

İsrail hava qüvvələri və artilleriya birliklərinin Şucaiyye və Tuffah məhəllələrini və Əl-Ketibe bölgəsində bir evi bombalaması nəticəsində ölən və yaralananların olduğu da bildirilir.

 

Şahidlərin sözlərinə görə, Qəzzada Əl-Əzhər Universitetinin yaxınlığında yerləşən üç mərtəbəli ev də hədəfə alınıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb