Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99964
az

İvanişvili daha da varlanıb

20:1527 Dekabr, 2023
126
DÜNYA
  • A

Bloomberg yazır ki, gürcü milyarder Bidzina İvanişvilinin sərvəti rekord həddə çatıb.


 

Oxu24.com  xəbər  verir  ki, Dekabrın 27-də yenilənmiş məlumatlara görə, İvanişvilinin aktivləri 6,55 milyard dollar həcmində qiymətləndirilir ki, bu da Bloomberg-in 2013-cü ildə İvanişvilinin aktivləri ilə bağlı statistik məlumatları dərc etməyə başlamasından bəri ən yüksək göstəricidir.

 

Nəşrin məlumatına görə, 2023-cü ildə İvanişvilinin əmlakının dəyəri 17 faiz və ya 950 milyon dollar artıb, ən böyük aktivi nağd puldur.

 

Təkcə sənət kolleksiyası milyard dollar dəyərində qiymətləndirilir.

 

Bloomberg xatırladır ki, İvanişvili 1990-cı illərdə Rusiyada bir qrup dəmir filizi istehsalçıları, polad zavodları, banklar və daşınmaz əmlak yaratmaqla sərvət qazanıb.

 

O, əmlakının böyük hissəsini 2003-2006-cı illər arasında, qalanını isə 2012-ci ilin oktyabrında Gürcüstanın Baş Naziri seçilməzdən əvvəl satıb.

 

İndi İvanişvili Bloomberg-ə görə dünyanın ən varlı adamları siyahısında 396-cı yerdədir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü