Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99902
az

Hindistan vətəndaşlarını daşıyan təyyarə Fransada saxlanılıb

15:5226 Dekabr, 2023
107
DÜNYA
  • A

Birləşmiş Ərəb Əmirliklərindən Nikaraquaya uçan və Fransada insan alverində şübhəli bilinərək saxlanılan Hindistan vətəndaşlarını daşıyan sərnişin təyyarəsi Hindistana eniş edib.

 

Oxu24.com  xəbər  verir  ki, Birləşmiş Ərəb Əmirliklərindən Nikaraquaya uçan və tədarük üçün eniş etdiyi Fransada insan alveri şübhəsi ilə 4 gün gözlənilən Hindistan vətəndaşlarını daşıyan sərnişin təyyarəsi bu gün Hindistana eniş edib.

 

Hindistan vətəndaşlarını daşıyan və Birləşmiş Ərəb Əmirliklərindən Nikaraquaya uçan Rumıniyada yerləşən Legend Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 21-də yanacaq doldurmaq üçün Fransa hava limanına enib.

 

Aldıqları xəbərə əsasən hərəkətə keçən Fransa səlahiyyətliləri 300-dən çox sərnişini olan təyyarənin "insan qaçaqmalçılığı" şübhəsi ilə yenidən havaya qalxmasına icazə verməyib.

 

Günlərlə Fransanın şimal-şərqindəki Şalon-Vatri hava limanında saxlanılan sərnişin təyyarəsinə yenidən uçuş icazəsi verildikdən sonra 276 sərnişini olan təyyarə Hindistanın Mumbay şəhərinə eniş edib.

 

Sərnişinlərdən 25-i "sığınacaq" üçün müraciət etdikləri səbəbiylə Fransada qalarkən, təyyarədəki 2 sərnişinin "insan alveri" səbəbilə Fransada saxlanıldığı öyrənilib.

Sərnişinlərin əksəriyyətinin BƏƏ-də işləyən Hindistan vətəndaşları olduğu bildirilərkən, Fransa rəsmiləri bəzi sərnişinlərin ABŞ və ya Kanadaya girmədən əvvəl Nikaraquaya getmək istədiyini bildirib.

Digər tərəfdən, təyyarənin niyə Nikaraqua yerinə Mumbaya uçması ilə bağlı heç bir açıqlama verilməyib. 

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb