Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99831
az

Britaniya Qayana sahillərinə hərbi gəmi göndərəcək

09:2925 Dekabr, 2023
116
DÜNYA
  • A

Britaniyaya məxsus hərbi gəmi Qayana sahillərinə yola düşəcək.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Financial Times qəzeti yazır.

 

Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Trent patrul gəmisi London tərəfindən Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi kimi Cənubi Amerikaya göndəriləcək.

 

Qəzetin yazdığına görə, top və pulemyotlarla silahlanmış Trent əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir.

 

Gəmi adətən Aralıq dənizində işləyir. Trent heyəti 65 nəfərdən ibarətdir. Gəmiyə helikopter də yerləşdirmək mümkündür.

 

Bundan əvvəl Venesuela prezidenti rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Essequibo regionu ətrafında vəziyyətlə bağlı Qayana prezidenti Məhəmməd İrfaan Əli ilə danışıqlar apardığını bəyan edib.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Venesuela və Qayana prezidentləri arasında dialoqu alqışlayır və kənar müdaxilələrdən çəkinməyə çağırır.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR