Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99777
az

Argentina prezidenti Maskın ölkənin litiumuna maraq göstərdiyini açıqladı

13:3824 Dekabr, 2023
91
DÜNYA
  • A

Amerikalı multimilyarder İlon Mask Argentina litiumunu almaqda maraqlı olduğunu bildirib.

 

OXU24.COM  xəbər  verir  ki,  bu barədə Argentinanın bu yaxınlarda seçilmiş prezidenti Xavyer Miley yerli Canal 13 telekanalında məlumat verib.

 

“Elon Mask mənə zəng etdi. Litiumla çox maraqlanır. ABŞ hökuməti və bir çox ABŞ şirkətləri də çox maraqlıdır”, - Milley bildirib.

 

Bununla belə, Argentina prezidenti qeyd edib ki, xarici bizneslər “yerli siyasətçilər tərəfindən soyulmaq” riski səbəbindən ölkəyə investisiya qoymaqdan qorxurlar.

 

Argentina Boliviya və Çili ilə birlikdə "litium üçbucağının" bir hissəsidir, dünya litium ehtiyatlarının yarısından çoxunu təşkil edir. Metal, İlon Maskın Tesla şirkəti də daxil olmaqla, elektrikli avtomobil akkumulyatorlarının istehsalında geniş istifadə olunur.

 

Ötən il milyarder litium hasilatına investisiyaların artırılmasının vacibliyini açıqlamışdı.

 

Əvvəllər Tesla əmtəə treyderi Glencore-da 20%-ə qədər pay almaq üçün danışıqlar aparırdı.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir
ABŞ dövlət katibi Yaxın Şərqə səfər edəcək

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü