Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99728
az

Gürcüstan Moldova və Ukraynadan öncə Aİ-yə üzv olacaq

21:2722 Dekabr, 2023
110
DÜNYA
  • A

Gürcüstan üzv olmaq barədə təşkilatla danışıqların nə zaman başlamasından asılı olmayaraq, Moldova və Ukraynadan əvvəl Aİ-nin üzvü olacaq.

Bu sözləri Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze brifinqdə deyib.

“Danışıqlar mütləq başlayacaq. Sizi əmin edə bilərəm ki, biz Ukrayna və Moldovadan əvvəl Avropa İttifaqına üzv olacağıq”, - partiya sədri bildirib.

Belə ki, Gürcüstan hələ ötən il nəinki Aİ üzvlüyünə namizəd statusu almalı idi, həm də ölkə ilə danışıqlar başlamalı idi.

Qeyd edək ki, Aİ Şurasının prezidenti Şarl Mişel dekabrın 14-də İttifaq ölkələrinin Ukrayna və Moldova ilə Aİ-yə üzvlük barədə danışıqların başlaması barədə qərar qəbul etdiyini bildirib. Həmçinin, Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verildiyi açıqlanıb. Bundan başqa, gələn ilin mart ayınadək Bosniya və Herseqovina təşkilata üzvlük üçün bütün meyarlara tam uyğunluğu təmin edərsə, ölkənin Aİ-yə üzvlüyü barədə danışıqların başlaması məsələsinin yenidən nəzərdən keçiriləcəyi bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı
Ukraynaya göndərməyə

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü