Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99669
az

İosif Stalinin qardaşı oğlu Moskvada vəfat edib

13:5621 Dekabr, 2023
103
DÜNYA
  • A

İosif Stalinin qardaşı oğlu Leonid Alliluyev Moskvada vəfat edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Moskovski Komsomolets” yazır.

 

Nəşrin məlumatına görə, Alliluyev 95 yaşında dünyasını dəyişib.

 

Stalinin qardaşı oğlu bir gün əvvəl Moskva vaxtı ilə saat 16:00 radələrində özünü pis hiss edib.

 

Alliluyevin qızı təcili yardım çağırıb. Tibbi yardım işçiləri kişini reanimasiya etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

 

Leonid Alliluyev İosif Stalinin əmisi oğlu idi. Anası Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın əmisi oğlu idi.

Bundan əvvəl Rusiya Kommunistləri Partiyasının Altay diyarındakı regional bölməsi Barnaulda “Stalin Mərkəzi”nin açıldığını bildirmişdi.

Açılış İosif Stalinin anadan olmasının 145-ci ildönümünə təsadüf edib.

Dekabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşdə siyasi repressiyaların təkrarlanmasının qarşısını almağa çağırıb.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb
Krımda hava hücumundan müdafiə sistemi işə salınıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”