Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99635
az

Polşada dövlət media rəhbərləri işdən çıxarılıb

20:5820 Dekabr, 2023
126
DÜNYA
  • A

Donald Tuskun rəhbərlik etdiyi Polşanın yeni avropayönlü hökuməti əvvəllər qərəzli və təbliğat aparmaqda ittiham olunan dövlət media rəhbərlərinin vəzifəsindən azad edildiyini açıqlayıb.

 

Söhbət dövlət televiziyası, radiosu və informasiya agentliklərinin sədrləri və direktorlar şuralarının kənarlaşdırılmasından gedir.

 

Polşanın Mədəniyyət Nazirliyi bəyanatında medianın qərəzsizliyinin bərpa olunmasının zəruriliyindən danışıb.

 

Mateusz Morawiecki-nin rəhbərlik etdiyi Qanun və Ədalət (PiS) partiyasının aliliyi dövründə dövlət mediası mütəmadi olaraq qərəzli xəbərlər yaymaqda, hökumətin təbliğatını yayımlamaqda və müxalifətə qarşı şifahi hücumlarda ittiham olunurdu.

 

Partiya rəhbərliyi müxalifət və qeyri-kommersiya təşkilatları tərəfindən müstəqil medianı sıxışdırmaq və söz azadlığını məhdudlaşdırmaq cəhdlərinə görə tənqid olunub.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələri vurulub
Türkiyədə məşhur siyasətçi vəfat edib
Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Bakıda narkoplantasiya aşkarladı - VİDEO