Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99629
az

Almaniya yüzlərlə rus milyonlarını müsadirə edir

19:4620 Dekabr, 2023
114
DÜNYA
  • A

Almaniya Baş Prokurorluğu Rusiyanın 720 milyon avrodan çox dəyərindəki aktivlərini müsadirə edərək büdcəyə keçirməyi planlaşdırır.

 

Oxu24.com  xəbər  verir  ki,müvafiq sorğu Frankfurt am Main məhkəməsinə təqdim edilib.

 

“Der Spiegel” əvvəlcə Prokurorluğun planları haqqında yazıb, sonra nəzarət agentliyinin özü bu məlumatı təsdiqləyib.


Söhbət Rusiya maliyyə qurumunun Frankfurt-Mayndə bankdakı hesabında sanksiyalar çərçivəsində dondurulmuş vəsaitdən gedir, Baş Prokurorluq bildirib ki, müsadirə tələbi sanksiyalardan yayınma cəhdi ilə bağlıdır. Nəzarət orqanı digər təfərrüatları açıqlamayıb.

 

“Der Spiegel” öz növbəsində yazır ki, 720 milyon avro Moskva Birjasının Milli Hesablaşma Depozitarına (NSD) yerləşdirdiyi vəsaitdir. NSD 2022-ci ilin iyununda sanksiyalara məruz qalıb.

 

Məhdudlaşdırıcı tədbirlərin elan edildiyi gün NSD nümayəndələri bu vəsaitləri JP Morgan-ın Almaniya bölməsindəki hesablardan Milli Klirinq Mərkəzinin - Moskva Birjasının bölməsi - Commerzbank-dakı hesablarına çıxarmağa çalışıblar.

 

Hər iki bank köçürməni həyata keçirməkdən imtina edib.

 

Almaniya Baş Prokurorluğu vəsaitlərin çıxarılması cəhdini sanksiyalardan yayınma kimi qiymətləndirir və bu, onun fikrincə, aktivlərin müsadirə edilməsi üçün formal əsas verir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Serbiya Ukraynaya səfir göndərəcək
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər