Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99461
az

Ağ Ev İsrail tərəfindən nəzarət-buraxılış məntəqələrindən birinin açılmasına münasibət bildirib

20:1515 Dekabr, 2023
154
DÜNYA
  • A

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatlar İsrail hakimiyyətinin Qəzza zolağına humanitar yardımın çatdırılması üçün Kerem Şalom keçidini açmaq qərarını alqışlayır.

 

Oxu24.com   xəbər  verir  ki,bu barədə TASS məlumat yayıb.

 

Sallivanın sözlərinə görə, keçid məntəqəsi açılmazdan əvvəl İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi ona belə bir qərarın verildiyi barədə məlumat verib.

 

Bu, Qəzzanın Fələstin əhalisinə humanitar yardımın birbaşa çatdırılması üçün edilib.

 

Sallivan Vaşinqtonun bu mühüm addımı alqışladığını vurğulayıb.

 

Bundan əvvəl məlum olmuşdu ki, İsrail hökuməti Misirdən humanitar yardım daşıyan yük maşınlarının Misir sərhədindəki Rəfah keçid məntəqəsinə qayıtmaq əvəzinə Qəzza zolağındakı Kerem Şalom keçid məntəqəsində müvəqqəti boşaldılmasına icazə verib.

 

Humanitar yardım aparan daha 193 yük maşını Qəzza zolağına daxil olub. Bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsinin (COGAT) Twitter sosial şəbəkəsində dərci məlumat yayıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Rusiya aktivlərini necə satacağına qərar verib
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
Putin Slovakiyanın baş naziri Fikoya sui-qəsd cəhdini dəhşətli adlandırıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi