Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99455
az

Almaniya parlamenti 2023-cü il üçün əlavə büdcəni təsdiqləyib

19:0215 Dekabr, 2023
169
DÜNYA
  • A

Almaniya parlamentinin aşağı palatası lazımi səs çoxluğu ilə 2023-cü il üçün əlavə büdcənin qəbul edilməsinə və dövlətin borc büdcəsinin ölçülmədən artırılmasına imkan verməyən “borc əyləci”nin dayandırılmasına səs verib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə “Spiegel”  yazır.

 

Nəşr qeyd edir ki, borc əyləci dördüncü ildir ki, dayandırılıb.

 

Nəşr vurğulayır ki, Bundestaqın 392 deputatı əlavə büdcənin lehinə, 274 parlamentari isə əleyhinə səs verib.

 

Spiegel qeyd edir ki, yeni borc demək olar ki, 70,6 milyard avro təşkil edir ki, bu da icazə verilən borc məbləğindən 44,8 milyard çoxdur.

 

Bundan əvvəl məlum olmuşdu ki, gələn ildən Almaniyada yeni büdcə layihəsi razılaşdırıldığı üçün yanacaq və istilik üçün qiymətlər xeyli artacaq.

 

Almaniyanın 2024-cü il üçün yeni federal büdcə layihəsinin qəbul edilməsinin əsas nəticəsi bütün alman vətəndaşları üçün yanacağın və istilik qiymətlərinin əhəmiyyətli dərəcədə artmasıdır.

 

Bundan əvvəl Rusiya Federasiyasının Mərkəzi Bankı əsas uçot dərəcəsini 16%-ə qaldırmışdı.

 

Müəllif: Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb