Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99223
az

Xavyer Miley Argentina prezidenti vəzifəsinə başladı

19:3910 Dekabr, 2023
157
DÜNYA
  • A

Xavyer Miley Argentina prezidenti kimi and içib.

 

Oxu24.com  xəbər  verir  ki,mərasim Konqresin binasında baş tutub.

 

"Mən prezident vəzifəsini vicdanla və vətənpərvərliklə yerinə yetirəcəyimə, Argentina Konstitusiyasına sədaqətlə əməl edəcəyimə və icra edəcəyimə and içirəm",- deyə  Miley senatorlara və deputatlara bildirib.

 

Maylinin zaldakı tərəfdarları onu “Azadlıq, azadlıq, azadlıq” qışqırıqları ilə qarşılayıblar.

 

Vitse-prezident Viktoriya Villaruel də and içib.

 

Həmçinin konqres binasında hakimiyyətin təhvil-təslim mərasimi baş tutdu: səlahiyyət müddəti başa çatan prezident Alberto Fernandes prezident lentini və estafeti Xavyer Mayliyə təhvil verdi.

 

Libertar “Azadlıq gəlir” partiyasından namizəd olmuş 52 yaşlı iqtisadçı Miley noyabrın sonunda Argentinada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Miley bu vəzifəni 2027-ci ilin sonuna qədər tutacaq.

 

Prezidentlik kampaniyası zamanı o, seçiləcəyi təqdirdə misli görünməmiş siyasi və iqtisadi islahatlar aparacağını və andiçmə mərasimindən dərhal sonra buna başlayacağını vəd etmişdi. Xüsusilə, o, əvvəlcə iqtisadiyyatı dollarlaşdıracağına söz verdi. Miley, həmçinin Argentinanın Mədəniyyət, Təhsil və Mədəni Müxtəliflik Nazirliyini bağlayaraq dövlət xərclərini azaldacağını, həmçinin dövlət subsidiyalarını ləğv edəcəyini açıqladı. Argentina hazırda çətin iqtisadi vəziyyət yaşayır, ölkədə inflyasiya 143%-ə çatıb. Buna baxmayaraq, seçkilərdə qalib gəldikdən sonra, Latın Amerikası mediasının qeyd etdiyi kimi, Miley praqmatizm nümayiş etdirməyə başladı və ən mübahisəli və sərt seçki vədlərindən əl çəkdiyini bildirdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisadan şok iddia:
Son 70 ildə ilk: Onlar taclarından imtina etdilər
İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə zərbə endirdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO