Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99186
az

ABŞ  İsrailə 106,5 milyon dollar dəyərində tank mərmilərinin verilməsini təsdiqləyib

20:2409 Dekabr, 2023
138
DÜNYA
  • A

Oxu24.com xəbər  verir  ki, Reuters Pentaqondakı mənbələrə istinadən yazır ki, ABŞ Dövlət Departamenti İsrailə 106,5 milyon dollar dəyərində tank mərmiləri və müvafiq avadanlıqların göndərilməsinə icazə verib.

 

Söhbət 120 mm kalibrli M830A1 tank əleyhinə çoxməqsədli yüksək partlayıcı parçalanma mərmilərindən gedir.

 

Dekabrın 8-də ABŞ prezident administrasiyası Konqresdən İsrailə Qəzza zolağında İDF (İsrail Azadlıq Ordusu) əməliyyatında istifadə etmək üçün 45 min tank mərmisinin satışına icazə verilməsini istəyib.

 

Reuters-in qeyd etdiyi kimi, tələb İsrail və HƏMAS arasındakı münaqişədə Amerika silahlarının istifadəsinə dair artan narahatlıqlar fonunda verilir.

 

Oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatını "genişləndirdiyini" elan etdi. Əməliyyatın dəqiq nə vaxt başladığı bilinmir, lakin onun ərəfəsində yüz minlərlə fələstinli evlərini tərk edərək sığınacaqlara və anklavın cənubuna köçüb.

 

Noyabrın 5-də quru əməliyyatı çərçivəsində İDF qüvvələri Qəzza şəhərini mühasirəyə alıb və onun təchizatını kəsib. Dekabrın 5-də İDF Qəzza zolağında quru əməliyyatının üçüncü hissəsinə başlayıb və zolağın cənubundakı Xan Yunis şəhərini mühasirəyə alıb.

 

Papa Fransisk daha əvvəl demişdi ki, müdafiə sənayesi səbəbindən dünya müharibəyə qərq olub.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə məşhur siyasətçi vəfat edib
Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var
Braziliyada təbii fəlakət 107 nəfərin həyatına son qoydu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün ölkədə 82 kiloqram narkotik aşkarlandı