Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99106
az

Hunter Baydenin vəkili ona qarşı yeni ittihamları əsassız adlandırır

12:2908 Dekabr, 2023
113
DÜNYA
  • A

ABŞ prezidenti Co Baydenin oğlu, iş adamı Hunter Bayden bütün vergiləri tam ödədiyi üçün ona qarşı irəli sürülən ittihamlar əsassızdır.

 

Oxu24.com  The Washington Examiner -ə  istinadən  xəbər verir ki, bu barədə Baydenin vəkili Ebbi Louell bildirib.

 

Daha əvvəl bildirilmişdi ki, Kaliforniya Mərkəzi Dairəsinin Dairə Məhkəməsi Amerika prezidentinin oğlunun 1,4 milyon dollar məbləğində dövlət vergisini ödəmədiyinə dair ittiham aktı alıb.

 

Louell, əgər müştərisinin soyadı Baydendən başqa bir şey olsaydı, Delaverdə və indi Kaliforniyada ittihamlar irəli sürülməzdi.

 

Hüquq müdafiəçisi əvvəllər Delaver ştatında kiçik Baydenə qarşı odlu silah pozuntusu ilə bağlı ittihamlar irəli sürən xüsusi prokuror Devid Veissin guya respublikaçıların təzyiqinə tab gətirdiyi (Bayden və atası Demokrat Partiyasını təmsil edir – redaktorun qeydi) fikrini bildirib.

 

Louell vurğulayıb ki, indi, heç bir yeni sübut olmadan beş illik araşdırma apardıqdan və Hunter Bayden vergiləri tam ödədikdən iki il sonra prokuror doqquz maddə üzrə yeni ittihamlar əlavə edib.

 

Bundan əvvəl Amerika Ədliyyə Nazirliyinin Hunter Baydenə qarşı yeni iş hazırladığı bildirilirdi.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb