Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99094
az

Çin  Rusiyaya rekord sayda avtomobil satacaq

09:4808 Dekabr, 2023
137
DÜNYA
  • A

Çindən olan avtomobil istehsalçıları 2024-cü ildə Rusiya bazarında təxminən 1,2 milyon yeni minik avtomobili satmağı planlaşdırır.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “Vedomosti” Automarketer şirkətinin marketinq araşdırmasına istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, hesablama brendlərin distribyutorları və dilerləri, eləcə də Çindən olan avtomobil istehsalçılarının baş ofisləri arasında sorğu əsasında aparılıb.

 

Bundan əvvəl məlum olub ki, oktyabrda Çində işlənmiş avtomobilin orta qiyməti bu ilin sentyabr ayı ilə müqayisədə 10% artıb.

 

Qiymətlərlə yanaşı, Çindən işlənmiş avtomobillərin satışı da artıb. Çində işlənmiş avtomobilin orta qiyməti oktyabrda 2,3 milyon rubl təşkil etdiyi halda, sentyabrda bu rəqəm 2,05 milyon rublu keçməyib.

Bundan əvvəl Sənaye və Ticarət Nazirliyi bəyan etmişdi ki, Rusiya avtomobil bazarı canlanmağa başlayacaq və 2024-cü ildə satış səviyyəsi 1,3 milyon ədədə çata bilər.

Departament qeyd edib ki, 2026-cı ildə satış həcmi 2015-2021-ci illərdə orta illik satış həcminə uyğun olacaq. 2027-ci ildən başlayaraq bazar tədricən ildə 1% artacaq.

 

Beləliklə, 2030-cu ilə qədər Rusiya avtomobil bazarı ildə 1,8 milyon avtomobil səviyyəsinə çatacaq, 2035-ci ilə qədər isə satış həcmi ildə 1,9 milyon avtomobil təşkil edəcək.

 

Daha əvvəl bildirilmişdi ki, 2023-cü ilin 11 ayı ərzində Rusiyaya 992,2 min minik avtomobili gətirilib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putini Çində belə qarşıladılar -VİDEO
Ərdoğan və Putindən Baş nazirə hücuma REAKSİYA 
Tbilisidə etirazlar davam edir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb