Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99093
az

Everestdə rekord sayda insan ölüb

09:0508 Dekabr, 2023
137
DÜNYA
  • A
2023-cü ildə dünyanın ən yüksək zirvəsi Everestin (Comolunqma) yamaclarında 18 nəfər ölüb. Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Himalaydakı bütün ekspedisiyalar haqqında məlumatlar toplayan “The Himalayan Database”də yer alıb. Bu o deməkdir ki, cari mövsüm zirvənin ilk fəthindən bəri bütün 70 ildə ölüm sayına görə rekord vurub. Ölüm hallarının, demək olar, yarısı kəskin dağ xəstəliyinin tutması ilə əlaqədar olub: səkkiz alpinist bundan ölüb. Xəstəlik yüksək hündürlüklərdə havanın insan orqanizminin normal fəaliyyəti üçün lazım olandan xeyli az oksigen ehtiva etməsi səbəbindən baş verir. Oksigen çatışmazlığı beyin və ağciyərlərin şişməsinə, halüsinasiyalara və sürətli ürək döyüntüsünə səbəb olur. Bundan əlavə, dağa dırmaşarkən alpinistlər əhəmiyyətli fiziki gərginlik keçirirlər və tez-tez susuzluqdan əziyyət çəkirlər. Bəzi hallarda bütün bu amillər insanın ölümünə səbəb olur. Cəmi 70 il ərzində Everestdə 317 alpinist həlak olub. Daha öncə ən ölümcül 2014-cü il olub. O zaman 17 nəfər həlak olmuşdu. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR