Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99005
az

Putin general rütbələrinin verilməsi haqqında fərman imzalayıb

16:4806 Dekabr, 2023
157
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin 60-dan çox rus zabit və təhlükəsizlik qüvvələrinə general rütbələri verilməsi haqqında fərman imzalayıb.

 

Oxu24.com  xəbər  verir  ki,müvafiq fərman hüquqi aktlar portalında dərc olunub.

 

Sənədə əsasən, general-leytenantdan general-mayoradək rütbələr Rusiya Qvardiyasının, Federal Sərhəd Mühafizə Xidmətinin, Federal Penitensiar Xidmətin və FSSP-nin hərbi qulluqçularına və əməkdaşlarına verilib.

 

Bundan əlavə, bir hərbi zabit vitse-admiral, dörd nəfər isə kontr-admiral rütbəsi alıb.

 

Rusiya Qvardiyasının altı hərbçisi general-leytenant, yeddisi isə general-mayor rütbəsi alıb.

 

Dekabrın 1-də Rusiya liderinin fərmanı ilə hərbi əməliyyatlar zamanı gəminin şəxsi heyətinin göstərdiyi qəhrəmanlığa görə “Admiral Makarov” freqatına “Qvardiyaçılar” fəxri adı verilib.

 

Bundan əvvəl Putin “Rusiya Federasiyasının Müdafiə-Sənaye Kompleksinin Əməkdar İşçisi” yeni fəxri adının təsis edilməsi haqqında fərman imzalayıb. Sənəddə bildirilir ki, bu qərar dövlət mükafatı sisteminin daha da təkmilləşdirilməsi məqsədilə qəbul edilib.

 

Daha  əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya Aerokosmik Qüvvələrinə Qara dəniz üzərində səmada daimi patrul xidmətinə başlamağı tapşırmışdı.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Priqojinin şirkətləri satışa çıxarıldı
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
Rusiya hökuməti bu gün istefa verəcək

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO