Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98976
az

20 il əvvəl hərbi xidmətinə görə ölkədən  qovulub

19:4405 Dekabr, 2023
157
DÜNYA
  • A

Yaşayış icazəsi  olan Belarus vətəndaşı 20 il əvvəl hərbi xidmətə görə Litvadan qovulub.

 

Oxu24.com  xəbər  verir   ki,bu barədə Sputnik Latviya məlumat yayıb.

 

Belarus vətəndaşı olan Aleksey 2006-cı ildən Litvada yaşayırdı və daimi olaraq yenilənən müvəqqəti yaşayış icazəsi var idi. Özü də Litva vətəndaşı ilə ailə qurub, iki uşaq atası olub.

 

Lakin 2023-cü ildə Miqrasiya Departamenti əvvəlcə onun yaşayış icazəsinin 9 ay müddətinə uzadılması ilə bağlı müraciətinə baxıb, sonra isə Dövlət Təhlükəsizliyi Departamentinin rəyi əsasında bu müddətin uzadılmasından imtina edib.

 

Belarusiyalı Litvanın təhlükəsizliyinə təhdid kimi tanınıb və ona 30 ay müddətinə ölkəyə giriş qadağan edilib.

 

Miqrasiya Departamenti hesab edib ki, Aleksey Belarus ordusunda xidmət etdiyi və sonra müqavilə əsasında xidmət etdiyi üçün “Belarusun Litvaya qarşı təcavüzkar siyasətini” dəstəkləyir.

 

Rəsmilər onu da qeyd ediblər ki, Belarus vətəndaşı daimi yaşayış icazəsi və ya Litva vətəndaşlığı üçün müraciət etməyib.

 

Onların fikrincə, bu, “Litva cəmiyyətinə kifayət qədər inteqrasiya olunmaması və insanların öz gələcəyini Litva ilə əlaqələndirməməsi faktıdır”.

 

Bundan əvvəl Litva Seymi Belarus vətəndaşlarının əksəriyyətinə yaşayış icazəsinin verilməsini qadağan etməyi təklif etmişdi.

 

Həmçinin Xarici İşlər Nazirliyi vizanın alınması prosesində vasitəçi kimi çıxış etmədiyi təqdirdə ruslar və belaruslar üçün viza müraciətlərinin qəbulunun dayandırılması təklif edilir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Avropa Liqasının finalçıları məlum oldu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum yenə narkotikə görə saxlanıldı