Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98963
az

Lavrov İran və Rusiyanın imzaladığı bəyannamənin əsas məqsədini açıqlayıb

17:2605 Dekabr, 2023
106
DÜNYA
  • A

İran və Rusiya arasında birgə bəyannamə ABŞ və tərəfdaşlarının tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasına kömək edəcək.

 

Oxu24.com  xəbər  verir  ki,bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqları zamanı deyib.

 

“Biz indicə birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinin qarşısının alınması, yumşaldılması və kompensasiya edilməsi yolları və vasitələri haqqında bəyannamə imzaladıq.

Təbii ki, bu, ABŞ və müttəfiqlərinin diplomatiyanı əvəzlədiyi qeyri-qanuni sanksiyaların aradan qaldırılması üçün dünya birliyi üzvlərinin səylərinin koordinasiyasının artırılması istiqamətində mühüm addımdır”, - TASS Rusiya XİN rəhbərindən sitat gətirib.

 

Rusiya Federasiyası ilə İran arasında danışıqlar dekabrın 5-də Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüş çərçivəsində baş tutub. İran və Rusiya tərəflərinin nümayəndələrinin imzaladığı sənəd “Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburetmə tədbirlərinin mənfi nəticələrinə qarşı mübarizə, yumşaldılma və kompensasiya yolları və vasitələri haqqında Bəyannaməsi” adlanır.

 

Xəzəryanı ölkələrin nazirləri ilə eyni görüşdə Sergey Lavrov, onun fikrincə, dövlətlərin qarşılıqlı fəaliyyətini gücləndirəcək Xəzər Şurasının yaradılmasını təklif edib.

 

Bundan əvvəl İran prezidentinin bu həftə Rusiyaya səfər edəcəyi məlum olub.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib
Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib
Rusiya XİN KTMT-nin 32 illiyi ilə bağlı məlumat yaydı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA