Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98927
az

NATO neytral İsveçrə ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək

14:3704 Dekabr, 2023
102
DÜNYA
  • A

NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer İsveçrəyə səfəri zamanı neytral statusa malik bu ölkə ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.

 

Oxu24.com  xəbər  verir  ki,  TASS bu barədə İsveçrə hökumətinə istinadən məlumat yayıb.

 

Bauer müdafiə, ictimaiyyətin müdafiəsi və idman naziri Viola Amherd və ordunun rəisi Tomas Süsli ilə görüşəcək.

 

NATO nümayəndəsi həmçinin Spiezdə yerləşən Radioloji və Kimyəvi-Bakterioloji Analiz Laboratoriyasına baş çəkəcək, material qeyd edir.

 

"Səfər zamanı Rob Bauer Viola Amherd ilə görüşərək təhlükəsizliklə bağlı vəziyyət və təhlükəsizlik siyasəti baxımından əməkdaşlığın intensivləşdirilməsi yollarını müzakirə edəcək".

 

Bauer Tomas Süsli ilə Ukraynadakı vəziyyəti və onun Avropa və Şimali Atlantika Alyansı üçün nəticələrini müzakirə edəcək.

 

Bundan əlavə, tərəflər Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində İsveçrə ilə NATO arasında “İsveçrə ordusuna birbaşa aidiyyəti olan” əməkdaşlıq məsələsinə toxunacaqlar.

 

Bundan əvvəl politoloq NATO-ya üzv olmağın İsveçrə üçün nə demək olduğunu açıqlayıb.

 

Bundan əvvəl NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri İsveçrəni alyansla yaxınlaşmamaq barədə xəbərdarlıq etmişdi.

 

Müəllif: Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı