Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98817
az

Rusiyada anomal soyuq olacaq, temperatur mənfi 50 dərəcədən aşağı düşəcək

09:2802 Dekabr, 2023
117
DÜNYA
  • A
Rusiyanın əksər ərazisini yaxın günlərdə anomal soyuq hava gözləyir, bəzi bölgələrdə şaxtalar mənfi 40-50 dərəcəyə çatacaq. Oxu24.com-”un məlumatına görə, bunu TASS-a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib. Onun sözlərinə görə, dekabrın 2-dən 6-dək Şimal-Qərb Federal Dairəsinin bütün rayonlarında havanın temperaturu iqlim normasından 7-14 dərəcə, bəzi yerlərdə isə 15-20 dərəcə aşağı olacaq. Krasnoyarsk, Maqadan və Xabarovsk əraziləri, Yakutiya və Çukotka ərazilərini xüsusilə soyuq hava gözləyir: “Taymir və Evenki vilayətlərində (Krasnoyarsk diyarı - Qeyd) havanın temperaturu 35-42 dərəcə şaxta olacaq. Yakutiyada, Maqadan diyarında və Çukotkada mənfi 43-49 dərəcə, Yakutiyada - hətta bəzi yerlərdə mənfi 54 dərəcəyədək soyuq olacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu 6 PKK terrorçusunu öldürdü
Bayden Netanyahunun həbsinə order verilməsinə münasibət bildirdi
Türkiyədə daha 44 FETÖ üzvü saxlanıldı