Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98815
az

Qorxduğumuz oldu: Çindən sonra Avropada da uşaqlar xəstələnməyə başladı - VİDEO

11:2902 Dekabr, 2023
131
DÜNYA
  • A

Çinin bəzi şəhərlərində, xüsusən Pekində son həftələrdə artan tənəffüs sistemi xəstəlikləri narahatlıq yaratmağa davam edir.

OXU24.COM xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının uzaqdan izlədiyi və Çin rəsmilərindən izahat gözlədiyi "sirli pnevmoniya epidemiyası" səbəbindən xəstəxanalar dolub. Xüsusilə uşaqlara təsir edən xəstəliyin əsas simptomları yüksək hərarət və öskürəkdən ibarətdir. Ötən həftələrdə Çində baş verən epidemiya Avropada da yayılmağa başlayıb. Hollandiyada son günlər xüsusilə uşaqlar arasında çox ciddi tənəffüs yolu xəstəlikləri epidemiyasının baş verdiyi açıqlanıb. Səlahiyyətlilər simptomların Çində yayılan xəstəliyin əlamətlərinə bənzədiyini söyləyib.

Hollandiyanın Utrext şəhərində xəstə sayının getdikcə artdığı, xüsusilə 5-14 yaş arası uşaqların xəstələndiyi bildirilib. Verilən məlumatlara görə, xəstəlik nisbəti keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb. Ağciyərlərdə iltihaba səbəb olan xəstəliyin bakterial və ya virus əsaslı olduğu qeyd olunub.

Digər tərəfdən, sosial şəbəkələrdə yayımlanan foto və videolarda Çindən yayılan görüntülərdə təmizlik işçilərinin xüsusi geyimlərdə və xüsusi sistem vasitəsilə küçə və məktəbləri təmizlədiyi nəzərdən qaçmayıb.

Qeyd edək ki, 2019-cu ilin son həftələrində Çində ortaya çıxan koronavirus daha sonra bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb oldu. Bəzi rəsmilər və ekspertlər Çinin COVİD-19 haqqında beynəlxalq ictimaiyyəti gec məlumatlandırdığını söyləyərək, hələ də Çin administrasiyasını günahlandırırlar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da yeni
Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO