Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98754
az

Netanyahu Qüds hücumunda HƏMAS-ı günahlandırır

15:2030 Noyabr, 2023
132
DÜNYA
  • A

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin Həmas qruplaşmasını Qüdsdə baş verən terror aktında, həmçinin Qəzza zolağı və İordan çayının qərb sahilində baş verən hadisələrdə əli olmaqda ittiham edib.

 

Oxu24.com  xəbər  verir   ki,bu barədə İsrailin “Yedioth Ahronoth” xəbər saytı məlumat yayıb.

 

“Həmas terrorçularının hər biri Qüdsdə, Qəzzada, İordan çayının qərb sahilində, hər yerdə ölüm oğludur”, - Netanyahu bildirib.

 

O, terrorçuların məhv edilməsində köməklik göstərən mülki şəxslərə və əsgərlərə çox minnətdar olduğunu bildirib.

 

Netanyahu bildirib  ki, o, silah daşıyan mülki şəxslərlə bağlı qanunun genişləndirilməsi üçün səy göstərməyə davam edəcək, çünki bunun effektivliyi sübuta yetirilib.

 

Noyabrın 30-da səhər saatlarında iki terrorçu Qüdsün girişi yaxınlığındakı avtobus dayanacağında dayanan insanlara atəş açıb. Onlar yaxınlıqda olan iki əsgər və bir mülki şəxs tərəfindən məhv edilib.

Daha sonra onların Şərqi Qüdsdəki Sur Baherdən olan iki qardaş - 30 yaşlı İbrahim Nemer və 38 yaşlı Murad Nemer olduğu müəyyən edilib. İsrail mediasının məlumatına görə, onlar HƏMAS-la əlaqəli olublar.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant qısa bir atəşkəsdən sonra Qəzzada əməliyyatın ən azı iki ay davam edəcəyini bildirmişdi.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı