Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98657
az

Kadırov çeçenlərin Ukraynaya göndərildiyini açıqlayıb

14:0028 Noyabr, 2023
103
DÜNYA
  • A

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün üç min çeçen döyüşçüsü göndərməyə hazır olduğunu açıqlayıb.

 

Oxu24.com  xəbər  verir  ki,Kadırov bu qüvvələrin “nasist” və “NATO təcavüzü”nə qarşı duracağını iddia edərək, onların “yüksək döyüş hazırlığını” və “qırılmaz motivasiyasını” vurğulayıb.


“Yüksək döyüş hazırlığını, texnikasını, güclü və sarsılmaz motivasiyasını nəzərə alaraq, uşaqlar istənilən mürəkkəblikdə olan əmrləri yerinə yetirə bilirlər. Biz ən yaxşıların ən yaxşısını seçdik. Bunlar bizim misilsiz liderimiz Vladimir Putinin sadiq piyadaları olmağa layiq olanlardır”, - Kadırov Telegram kanalında yazıb.

 

Kadırovun cəbhəyə yeni əsgərlər göndərmək barədə açıqlaması Rusiya ordusunun müharibə başlayandan bəri ən böyük itkilər verməsi ilə bağlı xəbərlərin yayıldığı bir vaxta təsadüf edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, noyabrda Rusiya ordusunun orta hesabla itkiləri gündə 931 nəfər təşkil edib.

İndiyədək bu ilin mart ayı ən ölümcül ay hesab olunurdu, o zaman gündə 776 nəfər Baxmuta hücum zamanı həlak olub.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Peskov və Patruşevlə bağlı qərar verdi
Putinin Çinə gedəcəyi tarix açıqlandı
Türkiyədə FETÖ-nün 544 üzvü saxlanıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Xəzər dənizində 26 kiloqram narkotik aşkarlandı