Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98630
az

BMT Şimali Koreyanı “nüvə silahından” çəkinməyə çağırıb

22:0427 Noyabr, 2023
103
DÜNYA
  • A

Birləşmiş Millətlər Təşkilatı (BMT) Şimali Koreyanı nüvə silahı və ballistik raket proqramlarını davam etdirməkdən çəkinməyə çağırıb.

 

Oxu24.com xəbər  verir  ki,BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari Şimali Koreyanın nüvə silahı istehsalını sürətləndirməyi vəd edən konstitusiya dəyişikliyini tənqid edib.

 

Şimali Koreyanın nüvə silahlandırma siyasətini ölkə konstitusiyasında daha da aydınlaşdırdığını ifadə edən Xiari, “Şimali Koreyanı bir daha bu cür hərəkətlərdən çəkinməyə çağırırıq”,-deyə qeyd  edib.

"Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq nüvə silahları və ballistik raket proqramlarını davam etdirmək niyyətini davamlı olaraq nümayiş etdirir", - Xiari deyib. 

Bu gün Şimali Koreya nüvə silahının artırılması ilə bağlı konstitusiya dəyişikliyini qəbul edib.

Şimali Koreyanın casus peykləri buraxmaq cəhdləri

Şimali Koreya mayın 31-də hərbi casus peyki buraxmağa cəhd etsə də, raket daşıyıcı sistemindəki nasazlıq səbəbindən cəhd uğursuz oldu. Pxenyan administrasiyası bu cəhdi ilin birinci yarısında “ən ciddi səhv” kimi qiymətləndirib.

Şimali Koreya beynəlxalq qınaqlara baxmayaraq, peykin qısa müddətdə yenidən “düzgün” buraxılacağını açıqlayıb.

Pxenyan administrasiyası avqustun 23-də ikinci casus peyk buraxmağa cəhd etdi, lakin bunun da uğursuz olduğunu açıqladı. Bu uğursuz cəhddən sonra Şimali Koreya oktyabrda yenidən cəhd edəcəyini açıqlayıb.

Şimali Koreya noyabrın 21-də üçüncü dəfə cənuba doğru casus peyki daşıyan raket buraxıb.

Bunun ardınca Cənubi Koreya noyabrın 22-də Şimali Koreya ilə 2018-ci ildə imzaladığı və bölgədə hərbi gərginliyi azaltmaq məqsədi daşıyan müqavilənin bəzi müddəalarını dayandırdığını açıqlayıb.

Şimali Koreya noyabrın 23-də müqaviləni ləğv etdiyini açıqlayıb.

G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın noyabrın 22-də orbitə casus peyki daşıyan raket buraxmasını kəskin şəkildə pisləyib.

BMT Təhlükəsizlik Şurası 2006-cı ildən Şimali Koreyanın nüvə proqramına görə ona qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq edir.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələri vurulub
Türkiyədə məşhur siyasətçi vəfat edib
Gürcüstanda etiraz aksiyası - Saxlanılanlar var

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA