Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98577
az

Tula vilayətinin qubernatoru pilotsuz təyyarənin yaşayış binasına düşməsi barədə məlumat verib

10:5726 Noyabr, 2023
112
DÜNYA
  • A

Tula vilayətinin qubernatoru Aleksey Dyumin bildirib ki, vurulmuş PUA Tulada yaşayış binasının üzərinə düşüb.

 

Oxu24.cəm  xəbər   verir   ki,bu barədə Tula vilayəti hökumətinin Telegram kanalı məlumat yayıb.

 

Dyumin bildirib ki, Ukraynaya məxsus iki pilotsuz uçan aparat Tula vilayəti üzərində məhv edilib - onlar Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

 

“Onlardan biri idarəetməni itirərək Tulada yaşayış binasına çırpılıb. Ciddi dağıntı olmasa da, üç mənzilin şüşələri zədələnib. Ev sakinlərindən biri yüngül kəsilmiş yara alıb. Ona tibbi yardım göstərilib”, - Dyumin bildirib.

 

Qubernator onu da bildirib ki, yaxın vaxtlarda zərər çəkmiş mənzillərin şüşələnməsi də təşkil olunacaq.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri Rusiyanın Mərkəzi Federal Dairəsinin (CFD) dörd regionunun: Moskva, Tula, Kaluqa və Bryansk vilayətlərinin ərazisi üzərində Ukraynaya məxsus doqquz təyyarə tipli pilotsuz təyyarəni uğurla vurub.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, Ukraynanın pilotsuz təyyarəsinin Moskvaya növbəti hücumu dəf edilib - PUA-lardan biri Ramenskoye səmasında vurulub.

Bundan əvvəl Rusiya pilotsuz təyyarələrin qarşısının alınması üçün yeni sistem yaratmışdı.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bavariyada bir rus iki ukraynalını öldürüb
WP: Zelenski səfərbər olunanları qorxutmamaq üçün  itkilərin sayını az göstərir
Mask Çinə getdi

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü