Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98555
az

İsrail  atəşkəs razılaşmasının şərtlərinin pozulması ilə bağlı ittihamları rədd edir

22:2925 Noyabr, 2023
162
DÜNYA
  • A

İsrail Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərini pozmayıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Ben-Dor Sky News Arabia telekanalında bildirib.

 

“İsrail Qəzza zolağında atəşkəs razılaşmasının heç bir şərtini pozmayıb.

 

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup girovların azad edilməsinin ləngidiləcəyini açıqlamışdı.

 

Fələstinli Əsirlərlə İş üzrə Komitəsinin rəhbəri Kadura Fares CNN-ə deyib ki, İsrail məhbusların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərinə əməl etmir.

 

Noyabrın 25-də Qətər nümayəndə heyəti Qəzzada atəşkəsin uzadılmasını müzakirə etmək üçün İsrailə səfər edib.

 

Bir gün əvvəl Qətər 39 fələstinli məhbusun azad olunduğunu təsdiqləyib.

 

Lavrov daha əvvəl Yaxın Şərq münaqişə zonasında ən vacib vəzifənin adını çəkib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək