Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98521
az

Zelenski Ukraynada yeni hərtərəfli səfərbərlik planını açıqlayıb

21:5324 Noyabr, 2023
163
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenski brifinqdə Ukraynada səfərbərlik məsələləri ilə bağlı yeni hərtərəfli planı açıqlayıb və bu plan gələn həftə ortaya çıxmalıdır.

 

Oxu24.com xəbər verir  ki,  bu  barədə  Ukraynanın UNIAN agentliyi məlumat yayıb.

 

Zelenski qeyd edib ki, səfərbərlik məsələsi mürəkkəb və çox aktualdır və hazırda “mürəkkəb vəzifə qoyulub”.

 

O bildirib ki, ona bu mövzu ilə bağlı geniş məruzə təqdim olunub və bu məruzədə də görüləcək işlərin göstərilib.

 

“Bütün bu plan işlənib hazırlanacaq və bütün cavablar olacaq - gələn həftə mən bu planı görəcəyəm. İstərdim ki, insanlar bütün fəaliyyət planını başa düşsünlər. Bununla hara gedirik və hansı problemlər var. İnsanlar görsünlər”, - deyə agentlik Ukrayna prezidentindən sitat gətirir.

 

Noyabrın 24-də Ukraynanın keçmiş müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, səfərbərlik məsələlərində populyar həllərin vaxtı keçib.

 

Bundan əvvəl Rada Ukrayna müdafiə nazirinin bütün müavinlərinin işdən çıxarılmasının səbəbini açıqlamışdı.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşa NATO əsgərlərinin Ukraynada mövcudluğunu tanıyıb
Polşa prokurorluğu Belarusa səfər edən hakimin həbsini tələb edib
Zelenski Belarusu Avropa Birliyində görmək istəyir

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO