Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98455
az

Atəşkəs çərçivəsində 40-a yaxın fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək

22:0023 Noyabr, 2023
146
DÜNYA
  • A

İsrail və Fələstin arasındakı atəşkəs razılaşmasına noyabrın 24-də İsrail həbsxanalarından 39 fələstinli məhbusun azad edilməsi daxildir.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Misirin “Al-Youm As-Sabia” qəzetində vəziyyətlə tanış olan rəsmi mənbəyə istinadən məlumat yayılıb.

 

“13 israilli və 39 fələstinli sabah azad ediləcək”, materialda deyilir.

 

Nəşrin məlumatına görə, azadlığa buraxılan məhbuslar arasında qadınlar və uşaqlar da var.

 

Məqalədə qeyd olunur ki, atəşkəs dövründə Misir Qəzza zolağına göndərdiyi yardımın həcmini iki dəfə artıracaq.

 

Bundan əvvəl Fələstin radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvü Bassem Naim Qətər, Misir və ABŞ-ın Qəzza zolağında noyabrın 24-də qüvvəyə minəcək atəşkəsin qarantı olduğunu bildirmişdi.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
İsrailin müdafiə naziri analoqu olmayan silahın yaradılmasına göstəriş verib
İsrail ordusunun Qəzzada 2 evə hücumu nəticəsində ölən və yaralananlar olub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı