Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98392
az

Putin G20 onlayn sammitində iştirak edir

16:4022 Noyabr, 2023
85
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin onlayn rejimdə keçirilən G20 liderlərinin sammitində iştirak edir.

 

Oxu24.com  xəbər  verir   ki,bu barədə TASS məlumat yayıb.

 

Agentlik qeyd edir ki, Putin sammitə Kremldən videobağlantı vasitəsilə qoşulub.

 

Hindistanın baş naziri Narendra Modi hazırda çıxış edir.

 

Sammitin gündəliyinə qlobal iqtisadiyyat və maliyyədəki vəziyyət, iqlim problemləri və rəqəmsallaşma məsələləri daxildir.

 

Bundan əlavə, Hindistanın 2023-cü ildə kluba sədrliyinin nəticələrinə yekun vurulacaq.

 

Noyabrın 22-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin G20 sammitinin iştirakçıları ilə videokonfrans vasitəsilə ikitərəfli danışıqları planlaşdırmır.

 

Noyabrın 23-də Rusiya Federasiyasının prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusun paytaxtı Minskdə keçiriləcək sammitində iştirak edəcək.

 

Bundan əvvəl Dövlət Duması bəyan etmişdi ki, Putin BCM-nin Roma Əsasnaməsinin ratifikasiyası ilə əlaqədar Ermənistana gedə bilməyəcək.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Peskov və Patruşevlə bağlı qərar verdi
Putinin Çinə gedəcəyi tarix açıqlandı
Türkiyədə FETÖ-nün 544 üzvü saxlanıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Xəzər dənizində 26 kiloqram narkotik aşkarlandı