Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98387
az

Ərdoğan Misirə gedir

16:1022 Noyabr, 2023
84
DÜNYA
  • A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qəzza zolağından yaralıların çıxarılması ilə bağlı vəziyyəti müzakirə etmək üçün yaxın vaxtlarda Misirə səfər edə bilər.

 

Oxu24.com xəbər  verir  ki,  bu barədə RİA Novosti məlumat yayıb.

 

Onun sözlərinə görə, Misir tərəfi Rəfah sərhəd keçid məntəqəsində düzgün və müsbət addımlar atır.

 

“İlk mərhələdə Qəzzadan ölkəmizə 40 xərçəng xəstəsi gəldi. İkinci mərhələdə isə bu rəqəm xeyli artaraq 88 xəstə və 67 müşayiətçiyə çatıb”, - Ərdoğan qeyd edib.

 

O əlavə edib ki, xəstələr Türkiyənin şəhər xəstəxanalarında müalicə alırlar və bundan sonra da müalicə alacaqlar. Türkiyə hakimiyyəti isə dayanmaq niyyətində deyil və fələstinli xəstələri və yaralıları qəbul etməyə davam etməyi planlaşdırır. Ərdoğan bunu Qahirədə müzakirə edəcək.

 

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında xəstəxanaları bombalamaqla yəhudi dövlətinin əhalisi arasında reputasiyanı bərpa etməyə çalışır. Onun sözlərinə görə, anklavda demək olar ki, bütün xəstəxanalar ya dağılıb, ya zədələnib, ya da yararsız vəziyyətdədir.

 

Bundan əvvəl baş nazir Netanyahu İsrailin HƏMAS-la müharibədəki məqsədlərini açıqlamışdı.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı
İrəvanda bu dəqiqələrdə nə baş verir? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ