Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98197
az

Rusiyada ağır qəza:Xeyli sayda yaralı var

19:2819 Noyabr, 2023
99
DÜNYA
  • A

Rusiyada ağır qəza baş verib.

 

Oxu24.com xəbər  verir  ki,Novosibirsk vilayətinin İskitimski rayonunda “Peugeot” markalı mikroavtobusla “Qazel” markalı avtomobilin toqquşması nəticəsində 14 nəfər xəsarət alıb.

 

Bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qəza R-256 avtomobil yolunun 73-cü kilometrliyində baş verib. "Qazel"in sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada mikroavtobusla toqquşub.

 

Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza zamanı Peugeot-da 17 nəfər olub.

 

"İskitim rayonunda sərnişin mikroavtobusu ilə yol-nəqliyyat hadisəsi baş verməsi ilə bağlı yenilənmiş məlumat daxil olub. 1 nəfər ölüb, 14 nəfər yaralanıb", - Səhiyyə Nazirliyindən bildirilib.

 

Nəticədə xəsarət alan 14 nəfərdən 7-si xəstəxanaya göndərilib, onlardan birinin vəziyyəti ağır olaraq reanimasiyadadır.

 

Qalan 7 nəfərə təcili yardım otağında tibbi yardım göstərilib.

 

Daha əvvəl bildirilmişdi ki, Xabarovskda avtobusla trolleybusun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Çarlz III xərçəng müalicəsinin xoşagəlməz nəticələrindən danışdı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər