Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98165
az

Həmas girovların həyatına görə məsuliyyət daşıyan qruplarla əlaqəni itirib

23:4418 Noyabr, 2023
231
DÜNYA
  • A

Fələstinin HƏMAS hərəkatı girovların həyatına cavabdeh olan ayrı-ayrı bölmələrlə əlaqəni kəsdiyini bildirib.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə “Al-Qahera Al-Ekhbariya” telekanalı məlumat yayıb.

 

Qruplarla ünsiyyətin olmamasının səbəbləri açıqlanmır.

 

Qeyd edək ki, HƏMAS son həftələrdə İsrail ordusunun Fələstin anklavının müxtəlif ərazilərini bombardmanları zamanı radikallar tərəfindən əsir götürülən bir neçə girovun öldüyünü dəfələrlə bəyan edib.

 

İsrail ordusunun (IDF) məlumatına görə, Qəzza zolağında girov götürülənlərin sayı azı 242 nəfərdir.Onlar təkcə HƏMAS bölmələrinin deyil, digər radikal qrupların, o cümlədən İslami Cihadın da əlindədir.

 

Azadlığa dair danışıqlar Qətərin vasitəçiliyi ilə aparılır və Misir də yardım edir.

 

Bundan əvvəl “Əl-Cəzirə” telekanalı İsrail ordusunun Qəzza zolağının şimalındakı Əl-Faxura məktəbinə endirdiyi zərbə nəticəsində 200 nəfərin öldüyünü bildirib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
Ərdoğan CHP sədri ilə təkbətək görüşdü: bağlı qapılar arxasında... - FOTO
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb