Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98153
az

170 min insan mitinqə çıxdı

21:3918 Noyabr, 2023
252
DÜNYA
  • A

Minlərlə insan etiraz etmək üçün İspaniya bayraqları ilə Madrid küçələrinə çıxıb.

 

Oxu24.com xəbər  verir  ki,bütün bunlar İspaniya Sosialist İşçi Partiyasının  lideri Pedro Sançesin yenidən ölkənin baş naziri seçilməsi, eləcə də Kataloniya separatçılarına amnistiyaya görə baş verib.

 

Madridin mərkəzində minlərlə ispaniyalı baş nazirə və amnistiya qanununa etiraz edir.

 

Mitinqin əsas səbəbi Kataloniyanın ayrılması ilə bağlı cinayət törətmiş şəxslərin “cinayət, inzibati və mühasibat məsuliyyətini” aradan qaldıran amnistiya qanunu olub.

 

Polis rəsmiləri mərkəzi Cibeles meydanında keçirilən etiraz aksiyasına 170 minə yaxın insanın toplaşdığını bildirib. Lakin aksiyanın təşkilatçıları nümayişə bir milyona yaxın ispaniyalının çıxdığını bildiriblər.

 

“Mənim adımdan deyil: azadlıq, birlik və bərabərlik üçün amnistiya, öz müqəddəratını təyin etmə!”, “Sançes, istefa ver”, “İspaniya satılmır!” – Madrid küçələrində belə şüarlar səslənib.

 

Mitinq iştirakçıları cümə axşamı Deputatlar Konqresində keçirilən səsvermədə dəstəklərini təmin etmək üçün regional separatçı partiyalarla müqavilə bağlayan PSOE-nin əleyhinə də çıxış ediblər. İştirakçılar hakimiyyətin Kataloniya separatçılarına güzəştə getməsindən, ölkənin demokratik dəyərlərini və konstitusiyasını təhdid etməsindən şübhələnirlər.

 

"Demokratik hökumət öz mənfəəti üçün cinayətkarlara necə güzəştə gedə bilər? Seçki kampaniyası zamanı Sançes heç kimə belə bir ssenarinin ola biləcəyi barədə xəbərdarlıq etməyib. O, öz seçicilərini aldadıb", - etirazçılardan biri RİA Novosti-yə bildirib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada yanğın: Ölən var
İsrail Qəzzada daha 40 nəfərin həyatına son qoyub
Rusiya: Xarkovda yaşayış məntəqəsini ələ keçirdik

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı