Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98106
az

Rusiya benzinin ixracına qoyulan qadağanı ləğv edib

21:3917 Noyabr, 2023
161
DÜNYA
  • A

Rusiya hökuməti Rusiya Federasiyasından benzinin ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Rusiya Energetika Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

 

“Rusiya Federasiyası Hökuməti daxili avtomobil yanacağı bazarında qiymət vəziyyətini sabitləşdirmək üçün tədbirlər kompleksi çərçivəsində sentyabrın 21-də tətbiq edilən avtomobil benzininin ixracına müvəqqəti qadağanın noyabrın 17-dən ləğv edilməsi barədə qərar qəbul edib. ”, - departamentin açıqlamasında bildirilir.

 

Nazirliyin məlumatına görə, son iki ayda Rusiya Federasiyasının daxili bazarı yanacaqla doyub, nəticədə təklif profisiti yaranıb ki, bu da birjada benzinin topdansatış qiymətlərinin azalmasına səbəb olub. İdarə aydınlaşdırıb ki, hazırkı yanacaq ehtiyatları təxminən 2 milyon tona çatır.

 

Bununla yanaşı, Energetika Nazirliyi qeyd edir ki, qış fəsli yaxınlaşır, benzinə tələbat azalır ki, bu da neft emalı zavodlarının və benzin istehsalçılarının iş yükünün tezliklə azalacağı anlamına gəlir.

 

Qeyd olunan səbəblərlə əlaqədar Nazirlər Kabineti bazarda istehsal göstəricilərinin və qiymətlərin monitorinqini saxlamaqla yanacağın ixracına qoyulan qadağanın aradan qaldırılması barədə qərar qəbul edib.

 

Noyabrın 16-da Rusiyanın Avropa hissəsində Aİ-92 markalı benzinin qiyməti 4,03% azalaraq bir ton üçün 49 287 rubl təşkil edib. Aİ-95 markalı benzin 2,74% ucuzlaşaraq bir ton üçün 52 386 rubl təşkil edib.

Bütün növ dizel yanacağının qiymətləri də ucuzlaşıb. Eyni zamanda, bir həftə əvvəl benzinin qiyməti ixrac qadağasının tezliklə aradan qaldırılması ilə bağlı şayiələr fonunda artıb.

 

Əvvəllər Rusiyada vicdansız yanacaq tədarükünə görə cərimələri artırmaq barədə düşünürdülər.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb
Zelenski təcili olaraq baş qərargah toplayıb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...