Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98103
az

Putin Çinlə münasibətlərdən danışıb

21:3017 Noyabr, 2023
144
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası ilə Çin arasında münasibətlər əvvəllər belə yüksəklik və keyfiyyətə çatmayıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

“Dövlətlərimizin tarixində heç vaxt belə yüksəkliklərə, keyfiyyətlərə çatmamışıq. Mən dövlətlərimiz arasında yaranmış etimadın səviyyəsini nəzərdə tuturam”, - Putin bildirib.

 

Bundan əvvəl Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuşiu ilə görüşdə Moskva ilə Pekin arasında hərbi-texniki sahədə əlaqələrin yeni səviyyəyə qalxdığını bildirib.

Prezidentin qeyd etdiyi kimi, Rusiya ilə Çin arasında hərbi və hərbi-texniki sahədə təmaslar getdikcə əhəmiyyət kəsb edir.

O, hərbi-texniki sahədə ölkələrin kosmik sektorda gördüyü işlərin birinci yerdə olduğunu vurğulayıb.

Putinin sözlərinə görə, “yüksək orbitli qruplaşmalar” və perspektivli müasir silah növləri Rusiya və Çin Xalq Respublikasının təhlükəsizliyini təmin edəcək.

Noyabrın 8-də Rusiya prezidenti bildirib ki, Rusiya və Çin ABŞ-ın Asiyada yeni hərbi-siyasi bloklar yaratmaq cəhdlərinə sakit reaksiya verir. O, Rusiya Federasiyası və Çinin birgə hərbi dəniz və hava təlimləri də daxil olmaqla müdafiə qabiliyyətini gücləndirdiyini vurğulayıb.

Bundan əvvəl ABŞ dövlət katibi bildirib ki, Rusiya və Çin hazırda planetdə “dünya nizamı üçün ən kəskin təhlükədir”.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Peskov və Patruşevlə bağlı qərar verdi
Putinin Çinə gedəcəyi tarix açıqlandı
Türkiyədə FETÖ-nün 544 üzvü saxlanıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Xəzər dənizində 26 kiloqram narkotik aşkarlandı