Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98035
az

Ermənistandan Rusiyaya qarşı şok addım: Moskvadan pulsuz göndərilən rus kitabları görün nə edildi

21:1816 Noyabr, 2023
281
DÜNYA
  • A

Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov Telegram kanalında yazıb ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi rus dilində olan dərsliklərin ekspertizadan keçirilməsi zərurəti bəhanəsi ilə məktəblərə köçürülməsi prosesini dayandırıb.

 

Oxu24.com  xəbər verir  ki,onun sözlərinə görə, Rusiya 50 mindən çox dərsliyin alınması və rus dilinin tədris olunduğu erməni məktəblərinə pulsuz verilməsi üçün əlavə büdcə vəsaiti ayırıb. Noyabrın 11-də bu dərsliklər Ermənistana göndərilib.

 

"Mən böyük çaşqınlıqla öyrəndim ki, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə bu prosesi dayandırıb", - Vorobyev yazıb və əlavə edib ki, erməni həmkarlar özləri konkret tələblər irəli sürüblər. 

 

Noyabrın 15-də Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bildirib ki, assosiasiyanın Minskdə keçiriləcək növbəti iclasına getməmək qərarına baxmayaraq, İrəvan KTMT-dən çıxmaq üçün zəmin hazırlamır.

 

Eyni zamanda, Paşinyan  silah və sursat təchizatı üçün yeni tərəfdaşlar axtardığını etiraf edib.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın siyasətini iki kresloda oturmaq cəhdi adlandırıb.

 

Müəllif:Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
Moskvada Amerika nəşrinin jurnalisti saxlanılıb
Rusiya Ukraynada əcnəbi muzdluların yerləşdiyi yerlərə zərbələr endirib

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var