Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98005
az

İsrail Qəzza zolağında boşluq buraxa bilməyəcəyini deyir

10:0116 Noyabr, 2023
94
DÜNYA
  • A

İsrail münaqişənin kəskin mərhələsi başa çatdıqdan sonra Qəzzanı nəzarətsiz tərk etmək niyyətində deyil, ona görə də bu zolaqda “güclü qüvvələrin” mövcudluğunu qoruyacaq.

 

Oxu24.com Bu barədə İsrail prezidenti İsaak Hersoq Financial Times-a müsahibəsində bildirib.

 

“Biz geri çəkilsək, nəzarəti kim ələ keçirəcək? Biz boşluq buraxa bilmərik. Biz [nəzarət] mexanizminin nə olacağını düşünməliyik; havada olan çoxlu fikirlər var. Amma heç kim buranı, Qəzza zolağını yenidən terrorçuların bazasına çevirmək istəmir”, - Hersoq bildirib.

 

Bundan əvvəl İsrailin Əl-Şifa xəstəxanasını ələ keçirib tam nəzarətə götürdükdən sonra Qəzzada əməliyyatı dayandıra biləcəyi bildirilirdi. ID-nin məlumatına görə, HƏMAS-ın əsas komanda məntəqələrindən biri bu tibb müəssisəsinin ərazisində yerin altında yerləşir.

Eyni zamanda ABŞ prezidenti Co Bayden İsrailin Qəzza zolağının işğalının böyük səhv olacağını bildirib.

Fələstin-İsrail münaqişəsi oktyabrın 7-də Fələstin radikal qruplaşmasının HƏMAS-ın İsraili işğal etməsindən və onlarla insanı girov götürməsindən sonra gərginləşib. Bundan sonra İDF cavab tədbiri elan edərək HƏMAS-ın yerləşdiyi Qəzza zolağına atəş açmağa başlayıb və oktyabrın sonunda bölgədə quru əməliyyatına başlayıb.

Bundan əvvəl Fələstin Qəzzanın yenidən qurulması ilə bağlı konfrans keçirməyə çağırıb.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər