Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97987
az

Rusiya: Finlandiyanın Rusiyaya qarşı “qaçqın göndərmək” ittihamları dezinformasiyadır

21:4515 Noyabr, 2023
135
DÜNYA
  • A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Finlandiyanın Rusiyaya qarşı irəli sürdüyü “qaçqınların göndərilməsi” ittihamlarının heç bir əsası olmadığını və dezinformasiya olduğunu bildirib.

 

Oxu24.com xəbər verir  ki,onun sözlərinə görə, Finlandiya tərəfinin Rusiya ilə sərhədi bağlamaq ideyaları dağıdıcıdır və Avropada yeni ayırıcı xətlər yaratmaq təhlükəsi yaradır.

 

"Bu cür bəyanatları dezinformasiyadan başqa bir şey adlandırmaq olmaz və bu cür iddialar tamamilə əsassızdır.

Mənə elə gəlir ki, Finlandiya rəsmiləri özləri də etiraf edirlər ki, Rusiya tərəfi onların dediyi kimi, "miqrantların yoxlanılması" ilə məşğul olmağa borclu deyil. Zaxarova brifinqdə vurğulayıb.

Diplomat onu da əlavə edib ki, Helsinki narahat edən istənilən məsələdə birgə işləmək üçün Moskvaya müraciət etmək imkanına malikdir.


Xatırladaq ki, noyabrın 14-də Finlandiya Daxili İşlər Nazirliyi Rusiya Federasiyası ilə sərhəddə nəzarət-buraxılış məntəqələrinin fəaliyyətini məhdudlaşdırmaq üçün ölkə hökumətinə təkliflə çıxış etmək niyyətində olduğunu bildirmişdi. İddialara görə, buna Suriya, Yəmən, Somali və digər ölkələrdən çoxlu qaçqın axını səbəb olub.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı