Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97935
az

Finlandiya Rusiya ilə sərhədi bağlayacaq

20:5414 Noyabr, 2023
155
DÜNYA
  • A

Finlandiya hökuməti qaçqınların nəzarətsiz axınına görə Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq niyyətindədir.

 

Oxu24.com xəbər  ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen bildirib.


“Daxili İşlər Nazirliyi sərhəd-keçid məntəqələrinin bağlanması və ya işinin məhdudlaşdırılması ilə bağlı təklif hazırlayır. Mövcud qanunvericilik buna imkan verir”, - deyə Rantanen “The Moscow Times”a istinadla bildirib.

 

Nazirin sözlərinə görə, zərurət yaranarsa, bu, “ictimai qaydaya, milli təhlükəsizliyə və ya əhalinin sağlamlığına ciddi təhlükə ilə mübarizə aparmağa” imkan verəcək. Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Finlandiyanın cənub-şərq sərhədini keçənlərin sayı getdikcə artır və biz tez-tez qeyri-qanuni miqrasiyadan danışırıq ki, insanlar sərhədə sənədsiz gəliblər.

Nəşr xatırladır ki, noyabrın 15-dən Finlandiya qaçqınların nəzarətsiz axınına reaksiya verərək, Rusiya ilə bütün sərhəd boyu velosipedlərlə öz ərazisinə girişi qadağan edib. Ümumilikdə Rusiya və Finlandiya sərhədində doqquz keçid məntəqəsi var. Həmçinin, sentyabr ayından Finlandiya, Rusiya ilə həmsərhəd olan digər Aİ ölkələri, eləcə də Norveç kimi Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq edib.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi