Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97908
az

Türkiyəli nazirlər Azərbaycana səfərə gəlir

11:5914 Noyabr, 2023
95
DÜNYA
  • A
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycana səfərə gəlir. "Oxu24.com"un məlumatına görə, M.Özhaseki noyabrın 15-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Türk Dünyasının II Meteorologiya Forumunda iştirak edəcək. Türkiyəli nazir tədbirdən əvvəl Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. A.Uraloğlu isə noyabrın 16-da Zəngilanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa qatılacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər