Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97644
az

Türkiyə Qəzzaya buraxılan yük maşınlarının sayını gündə 500-ə çatdırmağı təklif edib

11:5910 Noyabr, 2023
79
DÜNYA
  • A

Türkiyə ABŞ-a Qəzza zolağına buraxılan humanitar yardım maşınlarının sayının gündə 20-30-dan 500-ə qədər artırılmasını təklif edib, Amerika tərəfi buna müsbət cavab verib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitindən qayıdarkən  jurnalistlərə danışıb. Məlumatı  Anadolu agentliyi yayıb.

 

Ərdoğanın sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinken bu yaxınlarda Türkiyədə olub və orada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb və o, Blinkenə bir sıra təkliflər verib.

 

Onların arasında Qəzzaya daxil olan humanitar yardım maşınlarının sayının 500-ə çatdırılması təklifi də var.

"Nazirimiz mənə dedi ki, Birləşmiş Ştatlar bu təşəbbüsə müsbət reaksiya verib. Ümid edirik ki, 500 yük maşını ilə təşəbbüs işləsə, bir qədər rahatlıq gətirəcək. Çünki dərman, qida, xüsusən də su burada təcili ehtiyac var”, - deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Qəzzadan yaralıların çıxarılması üçün dəhliz açmağı hədəfləyir.

Türkiyə lideri qeyd edib ki, HƏMAS dinc sakinləri girov saxlamaqda maraqlı deyil.

Daha əvvəl bildirilmişdi ki, 594 xarici vətəndaş noyabrın 10-da blokadaya alınmış Qəzza zolağından Rəfah keçid məntəqəsi vasitəsilə təxliyə olunmaq üçün siyahıya daxil edilib. Belə ki, siyahıya Qəzza zolağından Rəfah keçid məntəqəsinin qurudan Misirə keçə biləcək 85 Rusiya vətəndaşı var.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Fələstinə dəstək aksiyalarına qadağa qoymağa hazırlaşır
Türkiyənin 8 vilayətində əməliyyat keçirildi - Saxlanılanlar var
Ankarada metronu su basdı

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO