Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97590
az

ABŞ İranla əlaqə saxlayıb -  CNN

11:3009 Noyabr, 2023
121
DÜNYA
  • A

ABŞ “İrana, eləcə də onun İraq və Livandakı əlaqəli qruplarına birbaşa əlaqə yaratmaq üçün əlavə səylər göstərib” ki, Vaşinqton Yaxın Şərqdə münaqişəni gərginləşdirməyə çalışmaz.

 

Oxu24.com xəbər verir  ki,bu barədə CNN Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.


Bu, Pentaqonun Suriyadakı silah anbarına hava zərbəsi endirdiyini elan etməsindən sonra baş verib, departamentin məlumatına görə, bu anbardan İran İslam İnqilabı Keşikçiləri Korpusu istifadə edib.

ABŞ bildirib ki, bu, İranın dəstəklədiyi qrupların regiondakı ABŞ əsgərlərinə demək olar ki, gündəlik hücumlarına cavabdır.

“İsrail və HƏMAS arasında davam edən münaqişə nəticəsində yaranan gərginliyin artması fonunda biz İran, onun İraqdakı, Livandakı qrupları və regional tərəfdaşlarımızla birbaşa əlaqə yaratmaq üçün əlavə addımlar atdıq”, - mənbə CNN-ə bildirib.

“Biz bildirməyə çalışırıq ki, bizim hərəkətlərimiz İsrail və HƏMAS arasındakı münaqişəyə yanaşmanın dəyişməsi demək deyil və regional münaqişəni qızışdırmaq niyyətimiz yoxdur”.

Pentaqonun sözçüsü həmçinin bildirib ki, ABŞ İraq və Suriyada İranın dəstəklədiyi qrupların hücumlarına cavab olaraq Yaxın Şərqdəki bazalarına əlavə Patriot batareyaları yerləşdirib.

CNN qeyd edir ki, Pentaqon daha əvvəl Patriot sistemlərinin Birləşmiş Ştatlardan Yaxın Şərqə ötürüldüyünü elan edib, lakin onların sayını və təyinatını açıqlamayıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi