Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97392
az

Belqorod vilayətində Ukraynaya məxsus pilotsuz uçan aparat vurulub

21:5805 Noyabr, 2023
150
DÜNYA
  • A

Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində səmada pilotsuz uçuş aparatını (PUA) vurub.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti rəsmi Telegram kanalında məlumat yayıb.

 

“Kiyev rejiminin PUA-nın terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə nəşr bildirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, pilotsuz uçan aparat təyyarə tipli olub.

Digər təfərrüatlar verilmir.

Bundan bir qədər əvvəl Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bölgədə Ukraynaya məxsus PUA-nın məhv edildiyini açıqlamışdı. Hadisə Starodub rayonunda baş verib. Tələfat və dağıntı olmayıb.

Oktyabrın 31-də hava hücumundan müdafiə qüvvələri Belqorod vilayəti üzərində iki pilotsuz təyyarəni vurub. Birincisi Moskva vaxtı ilə təxminən 11:30-da, ikincisi isə Moskva vaxtı ilə təxminən 13:00-da məhv edilib.

Bundan əvvəl Rusiya pilotsuz təyyarələrin qarşısının alınması üçün yeni sistem yaratmışdı.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya ABŞ-ın Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə planını dəstəklədi
Səhiyyə naziri onu yüksək vəzifəyə təyin etdi
Finlandiya Aİ-ni Rusiya ilə sərhəddəki miqrantlarla bağlı ümumavropa həllinə çağırıb