Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97371
az

Yanan maşındakı alov meşəyə keçdi

21:2303 Noyabr, 2023
103
DÜNYA
  • A

Türkiyənin Hatay vilayətində hərəkət edən yük maşınının təkərləri alovlanaraq meşəyə yayılıb.

Oxu24.com xəbər verir  ki,Ceyhan-İskenderun avtomobil yolunda hərəkət edən yük maşınının təkərləri qəfildən yanmağa başlayıb.

Adı açıqlanmayan sürücü avtomobildən düşərək vəziyyəti yanğınsöndürənlərə xəbər verib.

Yük maşınının ətrafını əhatə edən alov magistral yolun kənarındakı meşəyə keçib.

Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğın qısa zamanda nəzarətə götürülərək söndürülüb.

Yanğında yaralanan olmasa da, yük maşını yararsız hala düşüb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
Yaponiyada güclü zəlzələ oldu