Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97233
az

Patruşev Yaxın Şərqdə vəziyyətin kəskinləşməsini ABŞ siyasəti ilə əlaqələndirib

16:2931 Oktyabr, 2023
80
DÜNYA
  • A

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, ABŞ siyasəti Yaxın Şərqdə münaqişəni təhrik edib və gərginləşdirib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə TASS məlumat yayıb.

 

"Məhz Vaşinqtonun siyasəti Yaxın Şərqdə vəziyyətin indiki fəlakətli gərginləşməsinə səbəb olub və artıq mülki əhali arasında böyük itkilərə səbəb olub", - Patruşev bildirib.

Onun sözlərinə görə, ABŞ İsrail və Fələstin arasında münaqişənin həllinə kömək etmək əvəzinə, bölgəyə silah-sursat verməklə və öz aviadaşıyıcılarını göndərməklə vəziyyəti daha da gərginləşdirir.

Bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABŞ-ın İsrailə silahların müharibə qanunlarına uyğun istifadə edilməsi tələbi ilə ötürüldüyünü bildirmişdi.

Oktyabrın 22-də “The New York Times” ABŞ-ın Ukraynaya göndərilməsi nəzərdə tutulan on minlərlə artilleriya mərmisini İsrailə ötürəcəyini yazmışdı.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada təbii fəlakət 107 nəfərin həyatına son qoydu
Tramp Baydeni DEBATA ÇAĞIRDI:

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı