Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97198
az

Dağıstan beynəlxalq rəqəmsal forumu təxirə salındı

20:0230 Oktyabr, 2023
82
DÜNYA
  • A

Dağıstanın Rəqəmsal İnkişaf Nazirliyi bəyan edib ki, noyabrın 2-3-də respublikada keçirilməsi planlaşdırılan Beynəlxalq Rəqəmsal Forumun iki həftə təxirə salınması qərara alınıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

“Caspian Digital Forum 2023-cü il noyabrın 16-17-nə təxirə salınıb”, - deyə departamentdən bildirilib.

Nəşr qeyd edir ki, tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Hindistan və Qətər təmsilçiləri iştirak edəcək. Forumun mərkəzi mövzusu “Şimal-Cənub” layihəsi çərçivəsində rəqəmsal xidmətlərin və platformaların inkişafı və tətbiqidir.

Bundan əvvəl Dağıstan Turizm Sənayesi Assosiasiyasının prezidenti Saadula Ömərov Mahaçqala hava limanındakı iğtişaşların Dağıstanın turizm sənayesinə son qoya biləcəyini deyib.

Oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Tel-Əvivdən Dağıstana gələn müntəzəm reyslə əlaqədar Mahaçqala hava limanında kütləvi iğtişaşlar baş verib. Yüzlərlə insan hava limanının binasına və aerodroma daxil olub. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onları sıxışdırıb çıxara biliblər.

Son məlumatlara görə, insident nəticəsində polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan xəsarət alıb. 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti, eləcə də dini liderlər hadisəni pisləyib və onu kənar təxribatla əlaqələndiriblər. Kreml həmçinin Mahaçqaladakı iğtişaşları “xarici təsir”lə əlaqələndirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ