Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97131
az

Netanyahu İsrail təhlükəsizlik qüvvələrini ittiham etdiyinə görə üzr istəyib

15:4129 Oktyabr, 2023
94
DÜNYA
  • A

İsrailin baş naziri Benyamin Netanyahu 7 oktyabr hücumlarında HƏMAS-ın təhlükəsizlik və kəşfiyyat xidmətlərini günahlandıran və kəskin reaksiyalara səbəb olan açıqlamalarına görə "səhv etdiyini" ifadə edərək üzr istəyib.

 

Oxu24.com xəbər verir  ki,Netanyahu bununla bağlı açıqlama verib

 

İsrailin baş naziri dünən axşam sosial media hesabında etdiyi və bir müddət sonra sildiyi açıqlamalar üçün "Səhv etdim" ifadəsini işlədib və deyib:

“Mətbuat konfransından sonra dediyim şeylər deyilməməli idi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik qüvvələrinin rəhbərlərinə tam dəstəyimi verirəm.

Baş Qərargah rəisini və ön cəbhədə olan, ölkə uğrunda döyüşən İsrail ordusunun komandirlərini və əsgərlərini dəstəkləyirəm. “Birlikdə qalib gələcəyik”

 

Netanyahu sosial media hesablarında etdiyi paylaşımda HƏMAS-ın oktyabrın 7-də blokada altındakı Qəzza zolağından həyata keçirdiyi hücumlarda təhlükəsizlik zəifliyini İsrail ordusu və yerli kəşfiyyat agentliyi Şin-Bet üzərinə atıb.

Baş nazir Netanyahu bildirib ki, "Oktyabrın 7-də Qəzza zolağından baş verən hücumlarla bağlı Baş nazirə məlumat verildiyinə dair iddialar əsassızdır və bunun əksi ilə bağlı heç bir xəbərdarlıq alınmayıb".

Netanyahu bəyan edib ki, “əksinə İsrail ordusu və Şin-Bet (Şabak) Həmas-ın qorxudulduğunu və sakitliyin əldə edildiyini qiymətləndiriblər”.

İsrailin baş naziri bir müddət sonra yazısını silib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pentaqon ABŞ-ın Nigerdən qoşunlarını çıxaracağını açıqlayıb
Tacikistan prezidenti Moskvaya gəlib
Ukraynada 800-dən çox istilik təchizatı obyektinin zədələndiyi bildirilir

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR