Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97076
az

Şiə lideri Sədr: ABŞ-ın Bağdaddakı səfirliyi bağlanmalıdır

18:5127 Oktyabr, 2023
93
DÜNYA
  • A

İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr İsrailin blokada altındakı Qəzza zolağına hücumlarına dəstək verən ABŞ-ın Bağdaddakı səfirliyinin bağlanmasını tələb edib.
 


Oxu24.com xəbər verir  ki,Şiə lideri Sədr yazılı açıqlamasında İslamın tələbi olaraq bütün dünyada məzlumların tərəfində olmaq ideyası ilə bu gün Fələstinin və Qəzza xalqının yanında olmağın zəruri olduğunu bildirib.

 

Sədr İsrailin Qəzzaya hücumlarına dəstək verən ABŞ-ın Bağdaddakı səfirliyinin bağlanmasını tələb edib.

 

Sədr İraq hökuməti və İraq parlamentindən bu istiqamətdə bir an əvvəl qərar vermələrini istəyib və əks halda fərqli mövqe nümayiş etdirəcəklərini sonradan açıqlayacaqlarını açıqlayıb.

 

İsrailin Qəzzaya hücumları ilə bağlı son vəziyyət

 

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.

Qəzzadan həyata keçirilən hücumlarda 310-u əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.

Fələstin Səhiyyə Nazirliyi Qəzzada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayının 3 min 38-i uşaq, 1726-sı qadın və 414-ü qoca olmaqla 7 min 326-ya yüksəldiyini, 18 min 967 nəfərin isə yaralandığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 110 fələstinlinin öldüyü, 1900-dən çox insanın isə yaralandığı bildirilib.

Əksəriyyəti İsrailin bombardmanları nəticəsində münaqişə bölgələrində 25 jurnalist həyatını itirib.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 46 Hizbullah, 6 İslami Cihad Hərəkatı, 3 Həmas, 2 Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadası üzvü həlak olub. jurnalist və 4 mülki şəxs həyatını itirib.

Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə polis kütləvi həbslərə başladı
Moskvada zavod yanır - VİDEO
Netanyahunun kortejinə hücum cəhdi edildi