Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97045
az

Rusiyada  büdcə layihəsini birinci oxunuşda təsdiqləyib

17:1926 Oktyabr, 2023
86
DÜNYA
  • A

Rusiyanın Dövlət Duması 2024-2026-cı illər üçün federal büdcə haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Oxu24.com xəbər verir ki, 320 deputat lehinə, 80 deputat əleyhinə səs verib, bitərəf qalan olmayıb.

Sənədə əsasən, 2024-cü ildə federal büdcənin gəlirləri 35,065 trilyon rubl, 2025-ci ildə 33,552 trilyon rubl, 2026-cı ildə 34,051 trilyon rubl təşkil edəcək. Xərclər müvafiq olaraq 36,66 trilyon, 34,382 trilyon və 35,587 trilyon rubl nəzərdə tutulub.

Beləliklə, bütün üç illik dövr ərzində büdcə kəsirinin ÜDM-in 1%-ni keçməyəcəyi gözlənilir: 2024-cü ildə ÜDM-in 0,9%-i, 2025-ci ildə ÜDM-in 0,4%-i, 2026-cı ildə ÜDM-in 0,8%-i olacaq. Maliyyə naziri Anton Siluanovun sözlərinə görə, büdcə layihəsində əsas problemlərin həlli - vətəndaşların və iqtisadiyyatın dəstəklənməsi, təhlükəsizliyin təmin edilməsi üçün vəsait müəyyən edilib.

O qeyd edib ki, 2024-cü ildə milli müdafiəyə ümumi xərclər 10,8 trilyon rubla qədər artacaq. Xüsusi əməliyyat başlamazdan əvvəl bu xərclər göstərilən məbləğin təxminən yarısını təşkil edirdi.

Sentyabrın ortalarında deputat Romanov Dövlət Dumasının payız sessiyasının prioritetləri barədə danışıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR